Tahir Əmiraslanov:
Demişdim ki, qələbəmizdən sonra, sülhə gəlsələr əsl “Erməni mətbəxi” kitabını ortaya qoya bilərəm
Bir 10 il əvvəl demişdim ki, əsl ermənı mətbəxini mən ermənilərdən yaxşı bilirəm.
Həm tarixini, həm dilini, həm texnologiyasını və s.
Demişdim ki, qələbəmizdən sonra , sülhə gəlsələr əsl “Erməni mətbəxi” kitabını ortaya qoya bilərəm. Hətta bu kitabı dünyanın ən yaxşı kitabı da edə bilərəm.
( Bədxahlar üçün; yazacağam və edəcəyəm demirəm haa)
Bunu etsəm qonşu dövlətin özünün, iş adamlarının və diasporunun mənım üçün nələr edəcəklərini də bilirəm.
Lakin 5 suala cavab tapmağıma kömək etmənizi istərdim:
1. Sizcə nə qədər Azərbaycanlı iş adamı və məmuru bu kitabı ( açıq və ya gizlicə) qonşulardan daha çox dəstəkləyər?
2. Niyə bu gün mən və yetirmələrim Azərbaycan mətbəxi üçün bunları edəndə heç bir məmurdan və iş adamından dəstək və mükafat, sağ ol görmürük.?
3. Sizcə kimsə, bir erməni mütəxəsisi “Erməni mətbəxi” kitabını elmi əsaslarla yazsa və onu dünyada birinci eləsə ona öz ölkəsində necə münasibət olardı?
Və bu əjdahadan bizdə niyə yoxdur?
4. Bu əjdahadan bizdə olmasa yetirdiyim gənclər maddi dəstək olmadan özlərini bu sahəyə fəda edecəklərmi?
5. Nə etmək lazımdır ki, bu sahə ayaq üstə qalsın, mühafizə edilsin, nə etməliyik, daha nə edə bilərik?
Rica edirəm bunu yalnız sosioloji elmi bir sorğu kimi qəbul edib pafossuz və heç kimi təhqir etmədən cavablandırasınız.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.