Aləmzər Sadıqqızı:
Bir nəğmə göndər mənə...
Bir nəğmə göndər mənə...
Dinləyib ağladığım.
Gecəni səhərəcən ,
Könlümü dağladığım...
Bir şeir yaz adıma,
Müşfiq ətirli olsun!
Hər sözü, hər kəlməsi,
İlahi eşqlə dolsun!
Bir məktub yaz əvvəli,
Qoy olsun ömrüm- günüm
Sonda bircə cümləsi,
Olsun çiçəyim-gülüm...
Hədiyyə istəyirəm,
Ay nuru, ulduz rəsmi.
Bir ovuc gülüş göndər,
Bir də sevginin əksi...
Hələki sus əzizim,
Sus ki, sənsiz ölməyim,
Qarğı məni hər gecə...
Gedim, bir də gəlməyim.
Canım-gözüm, deyim bil,
Ünvanımı yaz götür...
Haçan o yana gəlsən,
mənə bunları gətir...
5.11.2023.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.