"Qarabağ" Norveçdə "Bude-Qlimt"-in qonaqdır
Bu gün futbol üzrə UEFA Avropa liqasının əsas mərhələsində sayca 4-cu turun oyunlarına start veriləcək. 36 komandanın mübarizə apardığı bu turnirin hesabat turunda Azərbaycan çempionu "Qarabağ" Norveçdə yerli "Bude-Qlimt" klubunun qonağı olacaq. Oyun saat 21:45-də Norveçin Budve şəhərindəki "Aspmyura" stadionunda başlanacaq. Oyunu portuqaliyalı referi Luiş Qodinyu idarə edəcək.
Yeri gəlmişkən, "Qarabağ" geridə qalan hər üç oyunda məğlub olub. İlk turda "Tottenhem"ə (0:3) səfərdə məğlub olan çempionumuz sonra evdə "Malmö"yə 1:2, "Ayaks"a isə 0:3 hesabla məğlub olub.
Qeyd edək ki, aktivində xalı olmayan "Qarabağ" turnir cədvəlində sonuncu yerdədir. Çempionumuzun bu günkü rəqibi isə hazırda 7 xalla cədvəldə 9-cu pillədə yer alıb.
Hərəyə 9 xal toplayan "Latsio", "Tottenhem" və "Anderlecht" klubu yarış cədvəlinə şərikli liderlik edir.
Turnirin bombardirləri siyahısına isə aktivində 4 qolu olan Samuel Omorodion ("Portu") başçılıq edir. Hərəyə 3 qolun müəllifi olan Ayub Əl-Kabi ("Olimpiakos") və Yunus Akgün ("Qalasaray") 2-3-cü yerləri bölüşür.
Yeri gəlmişkən, "Qalatasaray" hazırda 7 xalla 5-ci yerdədir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.