"Sabah" basketbol klubu AK-da beşinci matçını da uduzub
Azərbaycan çempionu adını daşıyan "Sabah" kişi basketbol klubu cari mövsümdə qatıldığı Avrokubok yarışlarında düşdüyü uğursuzluq zolağından heç cürə çıxa bilmir. Qeyd edək ki, Avrokubok yarışlarına FİBA Çempionlar liqasının təsnifat oyunundaki məğlubiyyətə başlayan ("Norrcepinq Dolfins"la hər iki oyunda) çempionumuz bu məqlubiyyətlər seriyasını Avropa Kubokunun əsas qrup mərhələsində davam etdirir. Söhbət "Sabah"in yer aldığı G qrupunda dünən 5-ci tur çərçivəsində Yunanıstanın "Marussi" klubuna səfərdə uduzmasından gedir. Yeri gəlmişkən, Bakıda keçirilən ilk oyunda 12 xal fərqiylə (70:82) uduzan "Sabah" dünən səfərdə keçirdiyi cavab matçında isə 11 xal fərqi ilə məğlub olub - 71:82 (15:12, 22:19, 16:31, 18:20). Hesabdan da göründüyü kimi, "Sabah" ilk iki hissədə üstün olsa da sonrakı iki hissədə təşəbbüsü əldən verib. Bununla da çempionumuz AK-da keçirdiyi 5-ci oyunda da məqlub olub. Həmin oyunda "Sabah"in oyunçularından hərəyə 15 xal qazanan Kameron Blu və Trevon Dyuval, elə də 14 xal yığan Xossani Qravett diqqət çəkib.
Xatırladaq ki, "Sabah" qrupda "Spiru" ( Belçika) ilə hər iki oyunda uduzub (evdə 81:82, səfərdə 68:78). İsveçin "Norrcepinq Dolfins" klubuna isə evdə 70:74 hesabla məğlub olub. Bu nəticələrlə yer aldığı qrupda sonuncu olan çempionumuz son matçını da İsveç təmsilçisinə qarşı keçirəcək.
G qrupunda vəziyyət belədir:
Komanda O Q M T/F X
1. Spiru 4 4 0 +33 8
2. Marussi 5 3 2 +29 8
3. N. Dolfins 4 2 2 -24 6
4. Sabah 4 0 4 -38 5
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.