Məmməd Əvəzoğlu:
Yarə yalvarmağın öz ləzzəti var
Yarə yalvarmağı bilsən, onun öz ləzzəti var,
O da bilsin ki, yanında nə qədər qiyməti var.
Sənə dərs olsun, onu bir daha incitməyəsən,
Biləsən ki, belə yalvarmağın həm ibrəti var.
Onu dərya kimi çox sirli yaratmış yaradan,
Nə qədər olsa zərif, onda qadın qüdrəti var.
Qadına zülm eləsən, zülm eləyirsən anaya,
Təpədən dırnağadək səndə qadın zəhməti var.
Bəzəyən aləmi ismətli qadın xilqətidir,
Şükür Allaha, Onun gör nə gözəl zinyəti var!
Onun hər bir əsəri ölməz əsərlər yaradır,
Ana heykəllərinin gör nə qədər şöhrəti var.
Məhəmməd, vəsf elə sən yerdə mələklər mələyin,
Görəcəksən uca rəbbin də sənə rəğbəti var.
Məmməd Əvəzoğlu.16.10.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.