Bəhram Şəms:
Darıxmaq bəhanəsi
Bilirsənmi nə oldu?!
bilirsənmi, hər dəfə
mən səni düşünəndə
səndən danışmaq üçün
dodaqlarım darıxdı...
Bi cüt təbəssüm itdi
gözümün ətrafında,
Səni göz yaşlarımda
damcı-damcı içməkçün
yanaqlarım darıxdı...
Xatirələr susanda
Qonşu pəncərələrdə,
danışıb gülməyəndə,
Qonum-qonşu yanında
adın çəkilməyəndə
qulaqlarım darıxdı...
Hə, əvvəldən demişdin,
ayrılığın gözəldir,
Təkcə odur ruhumu
yoxluğa alışdıran,
Bu axşam çox darıxdım,
Amma məndən daha çox
üzünə sığal çəkən,
saçını qarışdıran
barmaqlarım darıxdı...
Bilirsənmi, əzizim,
sadəcə darıxmağa
bəhanə axtaranda
gözəl olur darıxmaq...
27.10.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.