Bəhram Şəms:
Uduzdum
İllər məni yaman yordu, İlahi,
Ötən ömrü sanki yenə uduzdum,
Qatar-qatar fəsil ötdü yanımdan,
Arzuları dənə-dənə uduzdum...
Daş başına, hamar yolu çaş görən,
Bu mənzili düz tikməyib daş hörən?!
Bilmədim ki, kimdi qismət, bəxt verən,
Min sabahı bir dünənə uduzdum...
Nəfsə sordum, bədən nədi, ruh nədi?
Nadan insan, sual etmə, sus, dedi...
Çox istəklə son ümidi xərclədim,
Ruh nəfsimə, mənsə sənə uduzdum...
İz açdıqca üz-gözümdə hər qırış,
Uzaq düşdüm hər gün məndən bir qarış,
İçimdə bir qar-sazaqlı dərddi qış,
Ötən ömür çətin dönə, uduzdum...
05.11.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.