Novak Cokovic "İlin yekun turniri"dən çıxarılıb
Noyabrın 10-dan 17-dək İtaliyanın Turin şəhərində ATR- in təqvimi əsasında kişi tenniscilər arasında ilin yekun turniri keçiriləcək. Qeyd edək ki, bu turnirdə Serbiyadan olan eks bir nömrəli tennisçi Novak Cokovic də daxil olmaqla reytinq cədvəlində ən yaxşı 8 raketka ustası mübarizə aparacaqdi. Lakin bu arada Cokovic ciddi zədə alması üzündən sözügedən turnirdə iştirak etməyəcəyi məlum olub. Bu haqda Serb tennisçi özü məlumat verib və turnirə qatıla bilməyəcəyi üçün onu orada görmək arzusunda olan pərəstişkarlarından üzr istəyib: "Turində keçiriləcək yekun turnirində iştirak etmək bir şərəf olardı. Əlbəttə ki, mən bu turnirə qatılacağım günü səbirsizliklə gözləyirdim. Təəssüflər olsun ki, zədə üzündən bu turnirə qatıla bilməyəcəm. Ona görə də məni həmin turnirdə görmək istəyində olan bütün azarkeşlərdən üzür istəyirəm. Eyni zamanda turnirdə iştirak edən bütün oyunçulara uqurlar arzulayıram. Tezliklə görüşmək ümidi ilə" - Olimpiya çempionu, Böyük Dəbilqənin 24 qat qalibi adını daşıyan Cokovic belə deyib.
Turnirlərə bağlı verilən məlumata əsasən Cokovici hazırda reytinq cədvəlində 9-cu olan rusiyalı Daniil Medvedev əvəzləyib.
Yeri gəlmişkən, Cokovic zədə üzündən oktyabrın 28-dən noyabrın 3-dək Fransanın paytaxtı Parisdə keçirilən "Masters" turnirində də iştirak edə bilməyib. Bu səbəbdən də o, reytinq cədvəlində 4-denb5-ə düşüb.
Beləliklə, ilin yekun turnirinin iştirakçıları bunlardır:
Yannik Sinner (İtaliya);
Aleksandr Zverev (Almaniya):
Карлос Алькарас (Испания)
Daniil Medvedev (Rusiya);
Teylor Fritts (ABŞ);
Kasper Ruud (Norveç);
Aleks De Minsur (Avstraliya);
Andrey Rublev (Rusiya);
Qeyd: Bolqarıstanlı Qriqor Dmitrov və yunanıstanlı Stefanos Tsitsipas isə ehtiyat oyunçular sırasında yer alib. Xatırladaq ki, ötən il keçirilən anoloji turnirin finalında Cokovic italiyalı Yannik Sinneri məqlub edərək çempion olmuşdu.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.