Məmməd Əvəzoğlu:
Son günümüz
Borc sahibi öz borcunu alaçaq,
Əcəl gəlib ilan kimi çalacaq,
Yaman gündə gözün yolda qalacaq,
Xoş günündə hamı sənə pənahdı.
Cibin dolu, qarnın əgər toxdusa,
Şellənməyə məhəbbətin çoxdusa,
Əl açana verəcəyin yoxdusa,
Qəlbə dəymə, bu ən böyük günahdı.
Bir gün həyat acısını bilərsən,
Əl aparıb gözlərini silərsən,
Elə bilmə ömrün boyu gülərsən,
Hər adamın son kəlməsi bir ahdı.
Gülər üzlə həyatını naxışla,
Təbiət də çirki yuyur yağışla,
İncidiyin varsa bu gün bağışla,
Bəlkə elə son günümüz sabahdı.
Məmməd Əvəzoğlu.13.10.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.