"Abşeron" və "Xilasedici" Azərbaycan Kubokunun qalibidir
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində kişi və qablardan ibarət klublar arasında keçirilən Azərbaycan Kubokuna bu gün Bakı Voleybol Mərkəzində baş tutan iki final oyunu ilə yekun vurulub. İlk final oyunu kişilər arasında keçirilib. Kuboka sahiblənmək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) yeni yaranmış "Xilasedici" klubu ilə "Azərreyl" meydana çıxıb. Gərgin mübarizə şəraitində keçən bu oyunda FHN təmsilçisi qalib gəlib - 3:0 (25:18, 25:21, 25:23).
Bu oyunun ardından meydan zərif cinsdən olan voleybolcularin ixtiyarına verilib. Kuboku başı üzərinə qaldırmaq üçün "Abşeron" komandası ilə Gəncənin eyniadlı klubu mübarizə aparıb. Bu final matçında da "quru" hesabli nəticə qeydə alınıb. Qarşılaşmada qələbəyə sevinən isə "Abşeron" olub - 3:0 (25:18, 25:20, 25:16).
İkinci final oyunundan sonra komandaların (birinci və ikinci yerin sahibləri) və eləcə də turnirin ən yaxşı oyunçuları (kişi və qadınlar arasında) mükafatlandırılıb.
Kişilər arasında ən yaxşı oyunçu adına Reyes Redrueqac ("Xilasedici"), qadınlardan isə "Abşeron" klubunun oyunçusu Katerina Djitkova layiq görülüb.
Turnirin baqlaniş merasimində Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov çıxış edib. Ölkəmizdə dünya əhəmiyyətli COP29 tədbirinin keçiriləcəyini vurqulayan qurumun rəhbəri daha sonra turnirin yüksək səviyyədə keçdiyini qeyd edib və iştirakçı klublara gələcək yarışlarda da uğurlar diləyib. AVF-nin rəhbəri FHN-nin yeni yaranmış "Xilasedici" klubunu xüsusilə vurğulayıb. O, klubun yeni yaranmasına baxmayaraq qısa zaman kəsiyində belə uqura imza atmasını alqışlayıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.