Messi DÇ-2026-dan əvvəl Barselonaya qayıda bilər
Şimali Amerika Böyük Futbol Liqasının (MLS) “İnter Mayami” klubunun hücumçusu, argentinalı Lionel Messi DÇ-2026-dan əvvəl İspaniyanın “Barselona”sına qayıda bilər.
Messi 2026-cı ilin əvvəlində azad agent kimi "Barselona"ya keçə bilər. Argentinalının "İnter Mayami" ilə müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub. Qeyd olunur ki, bu addımın əsas səbəbi Messinin 2026-cı ildə keçiriləcək dünya çempionatına daha yaxşı hazırlaşmaq istəyidir.
Bu mövsüm Messi İnter Mayamiyə müntəzəm mövsümün qalibi olmasına kömək etdi. O, 19 matçda 20 qol vurub, 10 məhsuldar ötürmə edib.
Messinin 37 yaşı var və səkkiz dəfə “Qızıl top”un sahibidir. Futbolçu karyerası ərzində İspaniyanın “Barselona”sı və Fransanın “Paris Sen-Jermen”inin rənglərini qoruyub, 2023-cü ilin yayından isə “İnter Mayami”də çıxış edir. Argentina millisi ilə forvard Dünya Kubokunu (2022) və Amerika Kubokunu (2021, 2024) qazanıb.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Turnirə ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.