Asif Şəfəqqətov:
Elə bir zaman gəlib ki, artıq təklənən ABŞ-dir
30 oktyabrda BMT Baş Assambleyası ABŞ-nin Kubaya qarşı iqtisadi, kommersiya və maliyyə sanksiyalarını ləğv etməsi barədə qətnamə qəbul etdi. Qətnamə üzrə səsvermədə vəziyyət aşağıdakı kimi oldu:
lehinə – 187 dövlət,
əleyhinə – 2 dövlət (ABŞ və İsrail),
bitərəf – 1 dövlət (Moldova),
səsvermədə iştirak etmədi – 3 dövlət (Ukrayna, Əfqanıstan, Venesuela).
Kubaya qarşı ABŞ sanksiyalarının ləğv olunması üzrə BMT Baş Assambleyası ardıcıl 32 ildir ki, qətnamələr qəbul edir. 1992-ci ildə qətnamənin lehinə 59 dövlət səs vermişdisə, 2022-ci ildə onların sayı 185, 2023-də – 187 olmuşdu. Lakin ABŞ onun sözünə baxmayan ölkəyə qarşı sanksiyaları heç vaxt ləğv etmir. Kuba nəkarədir ki, müstəqil siyasət aparsın?
Hətta Britaniya da son 2 ildə ABŞ-nin tərəfində olmaqdan çəkinir (2 il əvvəl səsvermədə əleyhinə olmuşdu).
Ukrayna nümayəndəsi lehinə səs verməyə görə ABŞ-dan, əleyhinə səsverməyə görə Qlobal Cənubdan qorxduğuna görə səsvermə zamanı zalı tərk etmişdi (ötən il Ukrayna bitərəfliyi seçmişdi).
Argentina nümayəndəsinin vəziyyəti daha gülməli olmuşdu. Elə həmin gün ölkənin ekssentrik prezidenti Xavyer Miley qətnamənin lehinə səs verdiyi üçün xarici işlər naziri Diana Mondinonu vəzifəsindən azad etmiş və yerinə həmin günədək Argentinanın ABŞ-dəkı səfiri işləyən Xerardo Verteyni təyin etmişdi.
Qətnamənin lehinə səs verən dövlətlər ABŞ tərəfindən 1962-ci ildən Kubaya qarşı birtərəfli qaydada tətbiq olunmuş sanksiyaların qanunsuz olduğunu, onların BMT Nizamnaməsini ciddi və sistematik şəkildə pozduğunu bildirmişlər.
Göründüyü kimi, elə bir zaman gəlib ki, artıq təklənən ABŞ-dir.
Onun yanında yalnız İsrail qalıb (keçən ildəki kimi). Çünki müasir ABŞ-ı İsrailsiz, İsraili isə ABŞ-sız təsəvvür etmək mümkün deyil.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.