"Real" Vinisius Juniorla müqaviləni uzada bilər
Madridin "Real" klubu heyətində forma geyinən braziliyalı vinqer Vinisius Juniorla müqaviləni uzatmaq niyyətindədir. "Relevo"nun verdiyi məlumata görə bunun iki səbəbi var. Birincisi braziliyalı futbolçunun hazırki vəziyyətində kluba çox xeyir verə biləcəyidir. İkincisi də ki, ona Səudiyyə Ərəbistanı komandalarından elçi düşməsi və daha yüksək əmək haqqi təklif etməsidir. İkinci səbəb madridliləri daha çox narahat edir.
Belə bir vəziyyətdə isə Vinisius "Kral klubu" ilə müqaviləni uzuatmaq üçün heç də tələsmir.
Xatırladaq ki, cari mövsümdə "Qızıl top"u almağa yüz faizli namizəd olmasına rəğmən mükafatdan əli çıxan Vinisius 2018-ci ilin iyul ayından "Real"da forma geyinir. 24 yaşlı futbolçu ötön illər ərzində Madrid təmsilçisinin heyətində 279 oyunda iştirak edib. Bu oyunlarda rəqib qapısına 91 qol vuran futbolçu 82 dəfə isə məhsuldar ötürmə edib. Yeri gəlmişkən, onun "Real"la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Bu arada isə "Transfermarkt" portalı onu 200 milyon avro civarında qiymətləndirib
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.