Əli Abdullayev də dünya ikincisi olub
Azərbaycan dünya çempionatını 5 medalla başa vurub
Əli Abdullayev (63,5 kq) Monteneqroda keçirilən dünya birinciliyini gümüş medalla başa vurub.
Montoneqronun Budve şəhərində gənc boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatı həlledici final döyüşləri ilə başa çatıb. Final döyüşləri iki gün davam edib. Xəbər verdiyimiz kimi, final döyüşlərindən ikisi Azərbaycan boksçularının iştirakı ilə keçirilib. Cütlüyümüzdən əvvəlcə Bilalhəbaşi Nəzərov (48 kq) final döyüşünə çıxmışdı. O, son döyüşdə büdrəyərək ikinci yeri turub və gümüş medalla kifayətlənmişdi.
Final döyüşlərinin ikinci günü isə digər finalçımız - Əli Abdullayev (63,5 kq) rinqə çıxıb. Təəssüflər olsun ki, 5 döyüşünü qələbə ilə başa vuraraq, finala yüksələn Əli həlledici döyüşdə məğlubiyyətlə üzləşərək dünya ikincisi olub.
Xatırladaq ki, yarışalrın daha əvvəlki günündə keçirilən yarımfinal döyüşlərində büdrəyən boksçularımız - Aynur Mikayılova (57 kq), Zidan Hümbətov (51 kq) və Məhəmmədəlı Qasımzadə (60 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.
Büləliklə, Azərbaycanın boks üzrə gənclərdən barət yığma komandası dünya çempionatını ikisi gümüş, üçü bürünc əyarlı olmaqla 5 medalla başa vurub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.