"Azərreyl" və "Xilasedici" ölkə kubokunun finalında
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində kişi voleybolçular arasında keçirilən ölkə kubokunun yarımfinal oyunları keçirilib və bununla da finalçılar müəyyənləşib. Noyabrın 2-de Bakı Voleybol Mərkəzində baş tutan ilk yarımfinal matçında "Azərreyl" klubu ilə "Murov Az Terminal" qarşılaşıb. Tay-breqə qədər uzanan oyunun qalibi "Azərreyl" olub - 3:2 (22:25, 25:21, 25:19, 23:25, 15:13).
Günün ikinci yarımfinal oyununda isə "Xilasedici" klubu "Neftçi"ni məqlub edərək finala yüksəlib - 3:1 (25:22, 22:25, 25:19, 25:23).
Beləliklə, noyabrın 4-də keçiriləcək finalda "Azərreyl"lə "Xilasedici" qarşılaşacaq.
Yeri gəlmişkən, həmin gün qadınların analoji yarısında "Gəncə" ilə Abşeron " üzləşəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.