Bilalhəbaşi Nəzərov gənclərin dünya çempionatında ikinci olub
Montoneqronun Budve şəhərində gənc boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi dünya çempionatı artıq başa çatmaq üzrədir. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə noyabrın 2-də həlledici final döyüşlərinə start verilib. Finalda iştirak etmək hüququ qazanan iki bokscumuzdan biri son döyüşünə çıxıb. Təəssüflər olsun ki, final döyüşünə çıxan ilk boksçumuz məqlubiyyətlə üzləşərək mundialın ikincisi olub və gümüş medalla kifayətlənib. Söhbət 48 kq çəkidə özbəkistanli rəqiblə bacarmayan Bilalhəbaşi Nəzərovdan gedir. Xatırladaq ki, noyabrın 3-də isə daha bir boksçumuz - Əli Abdullayev (63,5 kq) çempionluq və qızıl medal uğrunda son həlledici final döyüşünə çıxacaq.
Yeri gəlmişkən, boksçularımızdan Aynur Mikayılova (57 kq), Zidan Hümbətov (51 kq) və Məhəmmədəlı Qasımzadə (60 kq) iki gün öncə çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.