Yorğa atların Azərbaycan çempionatı keçirilib
Azərbaycan Respublikasının Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində yorğa atların ölkə çempionatı və eləcə də cıdır mövsümünün baqlaniş merasimi ilə bağlı yarışlar keçirilib. Yorğa atların yarısında ölkənin müxtəlif bölgələrindən olan yerli atlar 8 kateqoriya (məsafə) üzrə mübarizə aparıblar. Qeyd edək ki, sözügedən turnirdə Qarabağ, Dilbaz və ingilis cinsli atlar iştirak ediblər. Cıdır yarısında isə atlar 4 müxtəlif məsafələr üzrə qaçıblar.
Ümumilikdə yarış iştirakçıları 12 kubok uğrunda özlərini sınayıblar. ARAF-dan verilən məlumata görə, yarışa qatılan erkək, dişi, axta atlar və eləcə də daycalar meydana çıxaraq, 1200, 1400, 1600, 1800, 2000, 2400 və 3200 metr məsafələrdə mübarizə aparıblar.
Yorğa atların yarısında nəticələr belə olub:
- 1200 m məsafədə 3 yaşadək atlar arasında qalıb adını "Zulcənah" ləqəbli atla Gəncə təmsilçisi İsfəndiyar İbrahimov qazanıb;
-1400 m məsafədə 3 yaşadək yorğalar arasında birinci yeri "Qartal" ləqəbli atla Bakı sakini Kamran Şərifov tutub;
-1600 m məsafədə 6 yaşdan yuxarı atların yorğa yarışında "Düldül" ləqəbli atla Mahir Həsənov (Bakı) qalib olub;
-1800 m metr məsafəyə 6 yaşdan yuxarı atların yorğa yarışının qalibi adını "Halko" ləqəbli atla gəncəli çapar Xəlil Allahverdiyev qazanıb;
-2000 m metr məsafədə 5 yaşdan yuxarı atların yorğa yarışında "Sultan" ləqəbli atla Gəncə sakini Əli Məmmədov qalib gəlib;
-2400 m metr məsafəyə 4 yaşdan yuxarı atların yorğa yarışında qalib adini "Kama" ləqəbli atla gəncəli Xəlil Allahverdiyev qazanıb;
-3200 m metr məsafədə mübarizə aparan 4 yaşdan yuxarı atların yorğa yarışının qalibi "10-100" ləqəbli atla gəncəli çapar Xəlil Allahverdiyev olub;
-1800 m metr məsafədə "Kamil" ləqəbli atın çaparı Xəlil Allahverdiyev (Gəncə) qalib gəlib.
Cıdır yarısının yekunları isə belə olub:
-1600 metr məsafəyə qaçışda 3 yaşdan yuxarı Qarabağ atları arasında çaparı Azər Əliyev olan "Kamo" ləqəbli at birinci olub;
-1600 m metr məsafəyə qaçışda 3 yaşdan yuxarı Dilbaz cinsli atlar arasında Hilal Nəzərovun çapdiqi "Tunarin Kralı" ləqəbli at fərqlənib;
-1600 m məsafəyə qaçışda 3 yaşlı ingilis cinsli atlar arasında birinci yeri Azər Əliyevin çapdiqi "Mikhin Prince" ləqəbli at tutub;
-1400 m məsafəyə 4 yaş yuxarı atların cıdır yarışının qalibi isə "Bahar" ləqəbli atla Hilal Nəzərov olub.
Qeyd: Yarışın sonunda qaliblər ARAF tərəfindən diplom, kubok və müxtəlif mükafatlarla təltif olunublar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.