Yorğa atlar Binədə at oylaqina çıxacaqlar
Noyabrın 2-də Azərbaycan Respublikasının Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində milli atların inkişafı naminə yorqa atların ölkə çempionatı keçiriləcək. Qeyd edək ki, Mərkəzin cıdır meydanında baş tutacaq bu çempionatda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 50-dək yorğa at öz gücünü nümayiş etdirəcək. Yarışın proqramına əsasən atlar 8 müxtəlif kateqoriyada və məsafədə yarışacaqlar.
Yeri gəlmişkən, sözügedən yarış cıdır mövsümünün baqlanişi ilə eyni günə təsadüf edəcək.
ARAF-dan verilən məlumata görə, cıdır mövsümünün baqlanişi ilə əlaqədar əlavə yarışlar da təşkil ediləcək. Həmin əlavə yarışlarda isə Qarabağ, Dilbaz və ingilis cinsli atlar arasında 4 növ qaçış olacaq.
Sonda isə hər iki turnirin qalibi və mükafatçıları müvafiq diplom, kubok və mükafatlarla təltif olunacaqlar.
Sözügedən tədbir saat 11:00-da başlanacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.