Gənc boksçumuz Bilalhəbaşi Nəzərov mundialın finalında
Aynur Mikayılova boks tariximizdə ilkə imza atıb
Montoneqronun Budve şəhərində gənc boksçular arasında keçirilən və Azərbaycan boksçularınin da iştirak etdiyi dünya çempionatı artıq finişə yaxınlaşıb. Bu gün mundialda yarımfinal döyüşləri keçirilib. Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq çempionatın yarımfinalında beş boksçu ilə təmsil olunub. Boksçularımızdan Bilalhəbaşi Nəzərov (48 kq) bu mərhələni də qələbə ilə bitirərək finala yüksəlib. O, finala çıxışda mərakeşli Osman Çadquru məğlub edib - 5:0.
Digər yarımfinalçılarimiz, o cümlədən Azərbaycan boks tarixində qızlar arasinda ilkə imza atan Aynur Mikayılova (57 kq), Zidan Humbətov (51 kq), Əli Abdullayev (63,5 kq) və Məhəmmədəlı Qasımov (60 kq) finala çıxışda büdrəyərək dünya çempionatının bürünc medalçısı olub.
Yeri gəlmişkən, Azərbaycan ilk dəfə olaraq yarımfinalda 5 boksçu ilə təmsil olunub və bununla da yeni rekorda imza atıb. Xatırladaq ki, Azərbaycan yalnız 2004-cu ildə (20 il öncə) analoji yarışın yarımfinalına 4 boksçu ilə qatılıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.