Güləşçi qızlardan ibarət yığmamız Gimnaziadada bir dəst medal qazanıb
Dünən Bəhreynin paytaxtı Manamada keçirilən Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında qadın güləşi üzrə yarışıar başa çatıb və bununla da qaliblər müəyyənləşib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ölkəmizi bu yarışda yeniyetmə və gənclərdən ibarət millinin böyük məşqçisi Rövşən Umudovun rəhbərliyi altında 4 güləşçi təmsil edib. Onlardan üçü daha inamla güləşərək fəxri kürsüyə qalxıb.
Mükafatçılarımızdan Nəzrin Əhmədli (43 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Esra Məmmədli (57 kq) gümüş medal qazanıb. Çıxışını 3-cü pillədə bitirən Fatimə Bayramova (53 kq) isə bürünc medalı boynundan asıb.
Beləliklə, qadın güləşçilərimiz Bəhreyndə bir dəst medal əldə edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.