Üç güləşçimiz mundialın finalında
Eldəniz Əzizli 4-cü dəfə dünya çempionu ola biləcəkmi?
Albaniyanın paytaxtı Tiranada idman güləşi üzrə böyüklər arasında keçirilən dünya çempionatı davam edir. Qeyd edək ki, daha iki qadın təmsilçimiz mübarizəyə qatıldığı və erkən də mübarizəni dayandırdığı mundialın bu günə təsadüf edən 3-cü günü 3 yunan-Romaçımız final qarşılaşmasına, biri isə bürünc medal uğrunda görüşə çıxacaq. Finalçılardan 3 qat dünya çempionu Eldəniz Əzizli (55 kq) dördüncü dəfə dünya birincisi olmaq üçün iranlı Poya Marzı məğlub etməyə çalışacaq.
63 kq çəkidə finala çıxan Nihat Məmmədli həlledici görüşdə qazaxıstanlı Yerjet Jarlikassinlə üzləşəcək.
72 kq-da finala yüksələn Ülvi Qənizadə isə çempion olmaq üçün fransalı İbrahim Qaneyi üstələməyə çalışacaq.
Daha bir güləşçimiz, 82 kq çəkidə çıxış edən Qurban Qurbanov isə bürünc medal uğrunda türkiyəli Ahmet Yılmazla qurşaq tutacaq.
Yeri gəlmişkən, bu gün mübarizəyə qatılan qadın güləşçilərimizdən Alena Kolesnik (59 kq) 1\8 finalı qələbə ilə keçsə də 1\4 mübarizəni dayandırıb. Elis Manolova (65 kq) da ikinci görüşdə büdrəyib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.