9 boksçumuz Bəhreyn-2024-ün finalında
Bəhreyndə yeniyetmələr (məktəblilər) arasında keçirilən Gimnaziada İdman Oyunlarının proqramına daxil olan və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi boks yarışları artıq başa çatmaq üzrədir. Dünən bu yarışda yarımfinal döyüşləri keçirilib və finalçılar müəyyənləşib. Maraqlıdır ki, yarımfinala qədər gələn 11 bokscumuzdan 9-u bu mərhələni də qələbə ilə başa vuraraq finala yüksəlib. Finalçılar sırasında boksçularımızdan Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq), Nihat Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Valeh Eyvazlı (66 kq) və Rza Rzayev (70 kq) yer alıb. Final döyüşləri bu gün keçiriləcək.
Xatırladaq ki, dünən baş tutan yarımfinal mərhələsində məğlubiyyətlə üzləşən iki boksçumuz - Adil Zalovla (75 kq) Səfdər Məmmədzadə (+80 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medalla kifayətlənib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.