Fuad Həsənovla Qasım İsmayılov AÇ-da üçüncü olub
Tehran Məmmədovsa kiçik bürünc qazansa da...
Polşanın Raşin şəhərində gənclər və 23 yaşadək olanlar arasında aqir atletika üzrə Avropa birinciliyi keçirilir. Dünən birincilikdə üç təmsilçimiz körpücük üzərinə çıxaraq güc nümayiş etdirib. 23 yaşadək olanların yarısında Azərbaycan təmsilçisi Fuad Həsənov (67 kq) iki hərəkətin cəmindən 287 (131+156) kq nəticə ilə üçüncü yeri tutaraq bürünc medal qazanıb. O, təkanla qaldırmada kiçik bürünc əldə edib. Təəssüflər olsun ki, onunla eyni çəkidə çıxış edən Tehran Məmmədov isə cempionatla əliboş vidalaşıb. Belə ki, birdən qaldırmada 133 kq çəkini ram edərək, kiçik bürünc medal qazanan Tehran təkanla qaldırmada heç nəyə nail ola bilməyib.
Gənclərin yarısında körpücük üzərinə çıxan Qasım İsmayılov (67 kq) da çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb. O, iki hərəkətin cəmində 273 (120+153) kq nəticə göstərib. Qasım da təkanla qaldırmada kiçik bürünc medal qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.