4 güləşçimizdən üçü DÇ-nin finalında
Oktyabrın 28-də Tiranada (Albaniya) böyüklər (kişi və qadınlar) arasında idman güləşi üzrə dünya çempionatına start verilib. Çempionatın ilk günü yunan-Romaçılar mübarizəyə qatılıblar. Ölkəmizi bu yarışda 4 güləşçi təmsil edib ki, onlardan da üçü daha inamla güləşərək mundialın finalına yüksəlib. Finalçılarımızdan Eldəniz Əzizli (55 kq) finala çıxışda ruminiyali Deniş Mihaya tam üstünlüklə qalib gəlib - 9:0. Digər finalçımız - Nihat Məmmədli (63 kq) yarımfinalda erməni güləşçi Karen Aslanyana qalıb gəlib - 6:1.
Daha bir finalçımız - Ülvi Qənizadə (72 kq) isə finalın bir addımlığında çinli Ji Lenqi üstələyib - 6:0.
Təəssüflər olsun ki, eyni gündə mübarizəyə qatılan Qurban Qurbanov (82 kq) isə 1/8 finalda büdrəyib.
Qeyd edək ki, hər üç finalçımız oktyabrın 29-da qızıl medal və çempionluq uğrunda həlledici final görüşünə çıxacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.