"Vüqar Həşimov" klubu AÇ-da 13-cü olub
Serbiyanın Vrnyaçka-Bane şəhərində kişi və qadın şahmatçılar arasında keçirilən və Azərbaycanın kişilərdən ibarət "Vüqar Həşimov" klubunun da iştirak etdiyi klublararası Avropa çempionatı başa çatıb. İsveçrə sistemi üzrə keçirilməklə 7 turdan ibarət olan çempionatda gücünü sınayan və heyətində Aydın Süleymanlı, Rauf Məmmədov, Vüqar Əsədli, Vüqar Manafov, Əhməd Əhmədzadə, Read Səmədov və Ülvi Sadıxovun cəmləşdiyi, eləcə də reytinq göstəricisinə görə 84 klub arasında 10-cu olan "Vüqar Həşimov" klubu topladığı 10 xalla yalnız 13-cü yeri tuta bilib. Təmsilçimiz 7 oyunun 5-də qalib gəlib, 2-də uduzub. Şəxsi göstəricilərə gəlincə, 20 yaşlı şahmatçımız Əhməd Əhmədzadə mübarizə apardığı 4-cü stolda 7 oyundan 5-də rəqibini məğlub edib, iki oyunda isə heç-heçə edib. Aydın Süleymanlı isə 4 xal toplayıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.