Yeniyetmə cüdoçulardan ibarət yığmamız Gimnaziadada birinci olub
Cüdoçularımız Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında birinci yeri tutub
Cüdoçularımız Bəhreyn Krallığının paytaxtı Manamada yeniyetmələr arasında keçirilən və prqqramına 26 idman növü daxil olan Gimnaziada İdman Oyunları davam edir. Oyunların proqramına daxil olan və Azərbaycan təmsiçilərinin də iştirak etdiyi cüdo yarışları başa çatıb. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə cüdoçularımız bu yarışı 12 (2-4-7) medalla başa vurublar. Bu nəticə ilə Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda ikinci yeri tutub. Ayrılıqda isə oğlanlardan ibarət komandamız birinci, qızlar yığmamız isə 9-cu yeri tutub.
Yyarışlarının ilk günündə cüdoçularımız 1 qızıl, 1 gümüş, 5 bürünc medal qazanıb. Medal sahiblərinə gəlincə, oğlanlar arasında -50 kq. çəkidə Məhəmməd Rüstəmli və Anar Quliyev bütün rəqiblərini geridə qoyaraq, finalda üz-üzə gəliblər. Bəhreyndə baş tutan bu Azərbaycan finalında Məhəmməd Rüstəmli qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Anar Quliyev isə gümüş medalla kifayətlənib. -55 kq. çəkidə Rüstəm Qasımzadə, -60 kq. çəkidə Zeyd Ələsgərov, -66 kq. çəkidə Əli Hümbətov və Fəxri Sahibzadə bürünc medal qazanıblar.
Qızlar arasında isə -48 kq. çəkidə Gülgəz Musayeva bürünc medal qazanıb.
Cüdoçuların ikinci yarış günü qızlar arasında -57 kq. çəkidə Diana Eldarova bürünc medal əldə edib. Oğlanlar arasında -73 kq. çəkidə Məhəmməd Ağakişiyev və Səid Şərifov finalda qızıl medal uğrunda mübarizə aparıb. Yarışda ikinci dəfə baş tutan Azərbaycan finalında Məhəmməd Ağakişiyev qızıl, Səid Şərifov isə gümüş medal əldə edib. -81 kq. çəkidə Amin Mehdiyev və -90 kq. çəkidə Səid Hüseynov gümüş medal, +90 kq. çəkidə Sübhan Axundov bürünc medal qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.