UEFA iki sərxoş polşalı hakimi diskvalifikasiya edib
Avropa Futbol Assosiasiyaları İttifaqının Nəzarət və İntizam Komitəsi sərxoş halda yol nişanını oğurlayan polşalı hakimlər Bartoş Frankovski və Tomaş Musialı diskvalifikasiya edib.
Əsas layiqli davranış qaydalarını pozduqlarına, həmçinin idmanı və UEFA-nı nüfuzdan saldıqlarına görə hər iki hakim 2025-ci ilin iyun ayına kimi qurumun himayəsində olan hakimlik oyunlarından kənarlaşdırılıb.
Nəzərinizə çatdıraq ki, oğurlanmış lövhə ilə sərxoş hakimlər polis tərəfindən saxlanılıb, onlar "Dinamo Kiyev" - "Reyncers" matçında hakimlikdən kənarlaşdırılıblar. Sonradan məlum oldu ki, Polşa Futbol İttifaqı (PZPN) onları 90 gün müddətinə dayandırıb.
Qeyd edək ki, Bartoş Frankovski “Qarabağ”ın 2019-cu ildə Çempionlar Liqasının II təsnifat mərhələsinin “Dundalk”la (İrlandiya) və 2022-ci ildə Çempionlar Liqasının pley-off mərhələsinin Fransa “Marsel”i ilə cavab matçının baş hakimi olub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.