Maqomed-Bəşir Xaniyev dünya çempionudur
Sərbəst güləş üzrə U-23 yığmamız dünyada üçüncü olub
Albaniyanın paytaxtı Tiranada 23 yaşlı güləşçilər arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi dünya çempionatına sərbəst güləşçilərin çıxışı ilə yekun vurulub. Çempionatın son günü də Azərbaycanın sərbəst güləş üzrə U-23 komandası üçün uğurlu olub. Belə ki, son gündə final görüşünə çıxan təmsilçimiz Maqomed-Bəşirr Xaniyev (70 kq) həlledici finalda Rusiya idmançısı Maqomed Eltemirovu 5:4 hesabla üstələyərək dünya çempionu adını qazanıb və komandamızın aktivinə qızıl medal yazdırıb. Bununla da sərbəst güləş üzrə U-23 yığmamız mundialı 4 (1-2-1) medal və 100 xalla üçüncü yerdə başa vurub. Birinci yeri İran (158 xal) ikinci yerisə 102 xalla Yaponiya tutub.
Xatırladaq ki, sərbəst güləş üzrə Azərbaycan komandasının aktivinə yazılan gümüşləri Arseniy Cioyev (86 kq) və Ruslan Abdullayev (61 kq), yeganə bürüncü isə Cəbrayıl Hacıyev (74 kq) yazdırıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.