"Ordu" B qrupunda liderliyi ələ alıb
Kişi basketol klublarının mubarizə apardığı Azərbaycan Basketbol Liqasında (ABL) 2-ci turun oyunları davam edir. Oktyabrın 26-da hesabat turu çərçivəsində daha iki oyun keçirilib. Əvvəlcə ABL -in B qrupunda yer alan "Ordu" klubu ilə Şəkinin eyniadlı təmsilçisi qarşılaşıb. Bakı İdman Sarayında baş tutan həmin oyunda "Ordu" inamlı qələbə qazanıb və bu qələbə sayəsində qrupun liderinə çevrilib - 104:84 (26:19, 31:19', 25:27, 22:19). Matçın qəhrəmanı isə qalib komandanın heyətində 20 xalla yadda qalan Rüstəm Əliyev olub.
Günün ikinci matçında isə A qrupunda yer alan 'Sərhədci" ilə "Abşeron " qarşılaşib. Bu oyunda da birinci qalib gəlib - 79:70 (21:17, 23:13, 14:16, 21:24). Matçın ən yaxşı oyunçusu adına isə dəqiq atışları ilə özünün və "Sərhədçi"nin aktivinə 30 xal yazdıran Marlon Taylor layiq görülüb.
Oktyabrın 27-də keçirilməsi nəzərdə tutulan daha iki oyunla tura yekun vurulacaq. Həmin gün Baki İdman Sarayında "Neftçi"-"Sabah" (saat 12:30) matçı, 14:00-da isə Gəncə OİK-də "Gəncə" klubu "Quba" komandasını qəbul edəcək.
Turun ilk günündə isə "Naxçıvan" "NTD"-ni 72:71, "Lənkəran" isə səfərdə "Sumqayıt" klubunu 93:71 hesabla udub.
Komandaların qruplar üzrə turnir cədvəli:
А qrupunda:Komanda | İ | V | P | М | О |
Naxçıvan | 2 | 2 | 0 | +6 | 4 |
Sərhədçi | 2 | 1 | 1 | -18 | 3 |
Abşeron | 2 | 1 | 1 | -3 | 3 |
Sabah | 1 | 1 | 0 | +27 | 2 |
NTF | 2 | 0 | 2 | -7 | 2 |
Neftçi | 1 | 0 | 1 | -27 | 1 |
В qrupunda:
Кomanda | O | Q | M | T/F | X |
Ordu | 2 | 2 | 0 | +43 | 4 |
Lənkəran | 2 | 1 | 1 | -1 | 3 |
Şəki | 2 | 1 | 1 | -13 | 3 |
Gəncə | 1 | 1 | 0 | +15 | 2 |
Sumqayıt | 2 | 0 | 2 | -37 | 2 |
Quba | 1 | 0 | 1 | -7 | 1 |
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.