Jalə Əliyeva gənclərin dünya çempionudur
Sərbəst güləşçilərimiz Abdullayevlə Cioyevsə finala yüksəlib
Albaniyanın paytaxtı Tiranada 23 yaşlı (U-23) gənclər arasında idman güləşinin hər üç növü üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatı davam edir. Qeyd edək ki, çempionatın bu günə təsadüf edən 5-ci günü Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, qızların yarısının son günü zərif cinsdən olan güləşçimiz Jalə Əliyeva (57 kq) həlledici final görüşünü də qələbə ilə başa vuraraq gənclər arasında dünya çempionu adını qazanıb. O, finalda yaponiyalı Ruka Natamiyə 10:8 hesabla qalib gəlib.
Mundialın 5-ci günü həm də sərbəst güləşçilərin yarışına start verilib. İlk gündə beş təmsilçimiz döşək üzərinə çıxaraq medallar uğrunda mübarizəyə başlayıb. Besliyimizdən üçü daha inamla güləşərək yarımfinala qədər irəliləyib. Bu triomuzdan isə ikisi - Ruslan Abdullayevlə (61 kq) Arseniy Cioyev (86 kq) yarimfinali da qələbə ilə bitirərək finala yüksəlib. Sabah günün ikinci yarısından sonra hər iki təmsilçimiz qızıl medal və çempionluq uğrunda həlledici final görüşünə çıxacaq. Yarımfinalda büdrəyən Aydın Əhmədov (125 kq) isə sabah bürünc medal uğrunda güləşəcək.
Yeri gəlmişkən, mundialın geridə qalan beş günündə Azərbaycan yığmasının aktivinə 4 (1-1-2) medal yazılıb. Bunlardan yeganə qızıl medal qızların, qalan medallar isə yunan-Romacilarin payına düşüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.