Jalə Əliyeva final görüşünə çıxacaq
Daha 5 təmsilçimiz isə mübarizəyə qatılacaq
Albaniyanın paytaxtı Tiranada 23 yaşlı güləşçilər arasında keçirilən dünya çempionatı davam edir. Çempionatın bu günə təsadüf edən 5-ci günü sərbəst güləşçilər mübarizəyə qatılacaqlar. Bu yarışın ilk günü beş təmsilçimiz döşək üzərinə çıxaraq medallar uğrunda güləşəcək. Söhbət bu beşlikdə yer alan Ruslan Abdullayev (61 kq), Cəbrayıl Hacıyev (74 kq), Arseniy Cioyev (86 kq), Abdulcəlil Şabanov (92 kq) və Aydın Əhmədovdan (125 kq) gedir.
Bu gün həm də zərif cinsdən olan güləşçimiz Jalə Əliyeva (57 kq) döşək üzərinə çıxacaq. Qeyd edək ki, dünən mübarizəyə qatılan və finala qədər inamla irəliləyən Jalə bu gün axşam saatlarında qızıl medal və çempionluq uğrunda son həlledici final görüşünü keçirəcək. Bununla da mundialda qızların da yarışına yekun vurulacaq.
Xatırladaq ki, qızlardan öncə yunan-Romacilarin yarısı bitib. Azərbaycan həmin yarısı 3 (0-1-2) medal və 72 xalla dördüncü pillədə başa vurub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.