Novak Cokoviç Parisdə keçiriləcək "Masters" turnirə qatılmayacaq
Oktyabrın 28-dən noyabrın 3-dək Ftansanın paytaxtı Parisdə tennis üzrə ənənəvi "Masters" turniri keçiriləcək. ATR-ın bayrağı altında keçirilən bu turnirdə əvvəlcədən planlaşdırılmasına baxmayaraq, serbiyalı raketka ustası Novak Cokoviç iştirak etməyəck. Tenisçi bu haqda öz instaqram səhifəsində məlumat verib və həm də pərəstişkarlarından üzür istəyib.
"Təəssüflər olsun ki, mən bu il Parisdə keçiriləcək "Master"sə qatıla bilməyəcəm. Odur ki, məni həmin turnirdə görməyə ümid edənlərdən üzür istəyirəm. Mənim bu turnirlə bağlı yaddan çıxmayan çox xatirələrim var. Ümid edirəm ki, gələn il yenidən bu turnirə dönəcəm" - Böyük Dəbilqənin 24 qat qalibi, Olimpiya çempionu adını daşıyan 37 yaşlı Cokoviç belə deyib. Yeri gəlmişkən, Cokoviç ötən il analoji turnirin finalında bolqarıstanlı Qriqor Dmitrovu (6:4, 6:3) məğlub edərək qalib olub. Ötən həftə isə Cokoviç Ər-Riyadda keçirilən "Altı Kralın Dəbilqəsi" turnirində üçüncü yeri tutub. O, üçüncülük uğrunda görüşdə İspaniyadan olan əzəli rəqibi Rafael Nadalı üstələyib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.