Məktəbli cüdoçularımız Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında iştirak edəcəklər
Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Bəhreyn-2024 Gimnaziada İdman Oyunları keçiriləcək. Oyunların proqramına daxil olan cüdo yarışlarında Azərbaycan tamsilçiləri də mübariz aparacaqlar. Qeyd edək ki, Gimnaziadanın cüdo yarışları 25 -26 oktyabr günlərində baş tutacaq. Azərbaycan oğlanlar və qızlar arasında keçiriləcək bu yarışda 13 çəki dərəsində 24 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.
Qızların heyətində -44 kq-da Gülşən Hüseynova, -48 kq-da Sona Quliyeva, Gülgəz Musayeva, Sevil Abdulazadə, -57 kq-da Diana Eldarova, -63 kq-da Zəhra Hüseynzadə, -70 kq-da Mələk Bayramlı və Rəna Əhmədova yer alıb.
Oğlanların komandasında -50 kq-da Anar Quliyev, -55 kq-da Məhəmməd Rüstəmli, Rüstəm Qasımzadə, Emil Hüseynli, -60 kq-da İlkin Qarayev, Zeyd Ələsgərov, -66 kq-da Əli Hümbətov, Özqan Quliyev, Fəxri Sahibzadə, -73 kq-da Məhəmməd Ağakişiyev, Səid Şərifov, -81 kq-da Abdullah Rəhmətov, Amin Mehdiyev, -90 kq-da Səid Hüseynov, +90 kq-da Cavidan Məsimov və Sübhan Axundov cəmləşib.
Yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimləri Arzu Acalova və Fariz Hüseynov ədalət təmsilçiləri arasında yer alacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.