Vətən Müharibəsi Şəhidinin ad günü qeyd edildi
24 oktyabr Tovuz şəhidlərindən antiterror əməliyyatları zamanı şəhadətə ucalmış şəhid Qərib Qasımovun cənnətdə ad günü idi.
Tovuzun Öysüzlü kəndindən olan qəhrəmanın ailəsini doğmaları və şəhid ailələri həmin gün tək qoymayıblar. AYB-nin üzvü şairə Esmira Günəş də həmin gün şəhidin ailəsini ziyarət edib və şəhid ailələri ilə həmsöhbət olub. Şəhid Hacıəli Qasımovun anası işğaldan azad olunmuş torpaqları ziyarət edərkən, döyüş məkanlarında gördüklərindən danışaraq hər kəsi kövrəltmişdi. Esmira Günəş şəhidə həsr etdiyi şeiri səsləndirərək şəhid Qərib Qasımovun da yer aldığı "Antiterror şəhidləri" kitabını şəhidin ailəsinə təqdim edib. Qonaqlar Qərib Qasımovun məzarını ziyarət edib, daha sonra isə evində təşkil olunmuş ehsan süfrəsinə qonaq olublar. Qəhrəman şəhidin sorağına Sumqayıt şəhidlərindən şəhid Ramil Şirinovun və şəhid Zamin Abbasovun da anası uzaq yolu yaxın edib gəlmişdi.
Qeyd edim ki, şəhid Qərib Qasımovun iki bacısı dünyasını dəyişib bir bacısı da onkoloji həstədir. Hal-hazırda Bakıda xəstəxanada müalicə olunur.
Esmira Günəş
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.