4 boksçumuzdan üçü DÇ-da ilk döyüşünü qələbəylə bitirib
Dünən Monteneqronun Budva şəhərində gənc boksçular (oğlan və qızlar) arasında dünya birinciliyi start götürüb. Noyabrın 3-dək davam edəcək mundialda Azərbaycan boksçuları da iştirak edirlər.
Çempionatın ilk günü ikisi qız olmaqla 4 təmsilçimiz rinqdə ilk döyüşünə çıxıb. Onlardan Əli Abdullayev (63,5 kq), Abbasqulu Şadlinski (75 kq) və Qızbəs İsgəendərli (60 kq) ilk döyüşünü uğurla başa vuraraq növbəti mərhələyə keçib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Əli Abdullayev ilk döyüşdə (1\32 fina) Skender Lalaya (Albaniya) qalib gələrək adını 1\16 finala yazdırıb.
Abbasqulu Şadlinski (75 kq) isə 1/32 finalda Montassar Ben Zidə (Tunis) qalib gəlib.
Qızbəs İsgəndərliyə (60 kq) gəlincə, 1/16 final mərhələsi çərçivəsində Ayda Kopse (Sloveniya) ilə qarşılaşmalı olsa da, rəqib döyüşə çıxmayıb və səbəbdən də boksçumuz döyüşmədən qalib elan edilib və mərhələ adlayıb.
Yalnız Cəmilə Sultanlı (50 kq) Emine Kılınc (Türkiyə) səddini keçə bilməyib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.