"Vüqar Həşimov" klubu 5-ci turda İsrail təmsilçisiylə qarşılaşacaq
Serbiyanın Vryançka-Bane şəhərində kişi və qadınlardan ibarət klublar arasında şahmat üzrə keçirilən Avropa çempionatı davam edir. Bu gün çempionatda sayca 5-ci turun oyunları keçiriləcək. Azərbaycan bu turnirdə rəsmi olaraq kişilərdən ibarət "Vüqar Həşimov" klubu ilə təmsil olunur. Qeyd edək ki, heyəti Aydın Süleymanlı, Rauf Məmmədov, Vüqar Əsədli, Əhməd Əhmədzadə, Read Səmədov, Ülvi Sadıxov və Vüqar Manafovdan ibarət olan klubumuz hesabat turunda İsrail təmsilçisi "Etyüd Ramat-Qan Dov Porat Memorial"la qarşılaşacaq. Yeri gəlmişkən, "Vüqar Həşimov" klubu geridə qalan 4 turdan üçünü qələbə ilə bitirib. 84 klubun mübarizə apardığı turnirdə reytinq göstəricisinə görə 10-cu olan "Vüqar Həşimov" klubu hazırda 6 xalla 16-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycandan olan bir sıra şahmatçılar, o cümlədən Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abbasov, Namiq Quliyev, Günay Məmmədzadə, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva bu çempionatda ayrı-ayrı xarici klubların şərəfini qoruyur.
İsveçrə sistemi üzrə keçirilməklə 7 turdan ibarət olan çempionata oktyabrın 27-də yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.