Yunan-Roma güləşi üzrə U-23 yığmamız dünyada 4-cü olub
Albaniyanın paytaxtı Tiranada idman güləşinin hər 3 növü üzrə keçirilən gənclərin dünya çempionatında yunan-Romaçıların yarışı başa çatıb. Yarışı biri gümüş, ikisi bürünc əyarlı olmaqla, 3 medalla başa vuran Azərbaycanın U-23 komandası 72 xalla dünyada 4-cü olub. Birinci yeri isə 149 xalla İran milisi tutub.
Xatırladaq ki, Azərbaycan yığmasının heyətində Rəşad Məmmədov (55 kq) gümüş, Nihad Quluzadə (60 kq) və Xasay Həsənli (77 kq) isə bürünc medal qazanıb.
Artıq iki gündür ki, mundialda zərif cinsdən olan güləşçilər mübarizəyə qatılıblar. Bu gün qadın güləşçilərimizdən Gülər Həbibova (59 kq) təsəlliverici görüşlərlə bürünc medal uğrunda mübarizəni davam etdirəcək. Jalə Əliyeva (57 kq) ilə Ruzanna Məmmədova (62 kq) isə ilk görüşlərinə çıxacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.