"Qarabağ" evdə "Ayaks"ı qəbul edir
Bu gün Azərbaycan çempionu "Qarabağ" klubunun da iştirak etdiyi futbol üzrə UEFA Avropa Liqasının əsas qrup mərhələsində 3-cü turun oyunları keçiriləcək. Baş məşqçisi Qurban Qurbanov olan "Qarabağ" hesabat turunda Hollandiyanın "Ayaks" klubunu döğma divarlar arasında qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlanacaq. Oyunun taleyi .şotlandiyalı referi Nikolas Uolşa həvalə edilib. Xatırladaq ki, "köhlən atlar" bundan əvvəl keçirdiyi hər iki oyunda meydanı məğlub durumda tərk etməklə öz pərəstişkarlarını məyus edib. Qeyd edək ki, ilk turda "Tottenhem"ə (İngiltərə) səfərdə 0:3, ikinci turda isə evdə "Malmö"yə (İsveç) 1:2 hesabla uduzan "Qarabağ" hazırda iştirakçı komandalar arasında 34-cü pillədə yer alıb. Maraqlıdır ki, 36 komandanın mübarizə apardığı bu turnirdə Türkiyənin "Qalatasaray" klubu 1-ci, "Beşiktaş"ı isə sonuncu pillədə (36-cı) yer alıb.
1. Qalatasaray 3 2 1 0 9-6 7
33. PAOK 2 0 0 2 1-4 0
34. Qarabağ 2 0 0 1-5 0
35. Dinamo K 2 0 0 2 0-5
36. Beşiktaş 2 0 0 2 1-7
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.