"Sabah" evdə də büdrəyib
Oktyabrın 23-də Azərbaycan çempionu"Sabah" da daxili olmaqla kişi basketol klublarının mubarizə apardığı Avropa Kubokunun əsas qrup mərhələsində üçüncü turun oyunları keçirilib. Turnirin G qrupunda yer alan çempionumuz hesabat turu çərçivəsində İsveçin "Norrcepinq Dolfins" klubunu qəbul edib. Təəssüflər olsun ki, baş məşqçisi litvalı mütəxəssis Rimas Kurtinaytes olan "Sabah" bu dəfə də meydani məqlub durumda tərk etməklə azarkeşlərini məyus edib. Qeyd edək ki, Bakı İdman Sarayında baş tutan oyunda çempionumuz 70:74 (16:17, 24:18, 14:22, 26:27) hesabla uduzub. Maraqlıdır ki, "Sabah" Avropa Çempionlar Liqasının təsnifat mərhələsində də "Norrcepinq Dolfins"ə 4 xal fərqiylə uduzmuşdu - 71:75.
Xatırladaq ki, "Sabah" birinci turda Belçikanın "Spiru" klubuna səfərdə 81:82, ikinci turda isə Yunanıstanın "Marussi"sinə evdə 70:82 hesabla uduzub.
Beləliklə, Azərbaycan çempionu keçirdiyi hər üç görüşdə məqlub olaraq yer aldığı G qrupunda sonuncu pillədə qərarlaşıb.
Oktyabrın 23-də G qrupunda keçirilən digər oyunda isə Belçika təmsilçisi Yunanıstan klubunu qəbul edib.Oyunun nəticəsi haqda məlumat yoxdur.
Hazırda G qrupunda vəziyyət belədir:
Marussi 2 2 0 +31 4
Spiru 2 2 0 +13 4
Norrcepinq 3 1 2 -27 4
Sabah 3 0 0 -17 3
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.