Gənc güləşçimiz Rəşad Məmmədov dünya ikincisi olub
Albaniyanın paytaxtı Tiranada 23 yaşlı güləşçilər arasında keçirilən və Azərbaycan təmsilçilərinin iştirak etdiyi dünya birinciliyi davam edir. Qeyd edək ki, yunan-Romacilarin çıxışı ilə başlayan mundialın üçüncü günü klasiklərimiz üçün uğurlu kecib. Belə ki, 55 kq-da güləşən Rəşad Məmmədov yalnız həlledici finalda büdrəyərək çıxışını ikinci yerdə bitirib və gümüş medalla kifayətlənib. 77 kq çəkidə mübarizə aparan Xasay Həsənli isə üçüncü yeri tutmaqla bürünc medal qazanıb. Beləliklə, mundialın ikinci günü Nihad Quluzadənin (60 kq) əldə etdiyi bürünclə birlikdə Azərbaycanın yunan-Roma güləşi üzrə komandası dünya çempionatını biri gümüş, ikisi bürünc əyarlı olmaqla üç medalla başa vurub.
Yeri gəlmişkən, çempionatın üçüncü günü qızlar mübarizəyə qatılıblar. Bu yarışda döşək üzərinə üç təmsilçimiz cixib. Təəssüflər olsun ki, hər üç güləşçimiz elə startdaca büdrəyərək mundialla erkən vidalaşıb. Həmin trioda Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (55 kq) və Gülər Həbibova (59 kq) yer alib.
Mundialin dördüncü günü də qızlar mübarizə aparacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.