Gənc boksçularımız dünya birinciliyində
Oktyabrın 23-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyinə start verilib. Noyabrın 3-dək davam edəcək bu turnirə Azərbaycan yığması da qatilib. Azərbaycan Boks Federasiyasından ( ABF) verilən məlumata görə, ölkəmizi sözügedən mundialda oğlanlardan Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Tağı Nəsibov (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq), Ziya Həsənov (71 kq), Abbasqulu Şadlinski (75 kq), qızlardan isə Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (50 kq), Aynur Mikayılova (57 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayevaya (63 kq) təmsil edir.
Dünya birinciliyində daha bir həmyerlimiz - beynəlxalq dərəcəli hakimimiz Emil Qurbanəliyev ədaləti qoruyacaq.
Xatırladaq ki, Azərbaycan nümayəndə heyətinə ABF-nin İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.