Ermənistan COP29-a gedib-getməyəcəyini düşünür
Ermənistanın Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikliyi konfransı olan COP29-da iştirak edib-etməyəcəyi ilə bağlı hələlik qərar verilməyib.
Bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə NA-nın sədri Alen Simonyan bildirib.
“Hələ belə bir qərar yoxdur. Nə üçün getməliyik, Ermənistana nə verəcək, bizim maraqlarımız nədən ibarətdir, hansı səviyyədə iştirak edəcəyimizi müzakirə edib başa düşməliyik. Hər halda, COP29-da iştiraka dəvət Azərbaycanın inhisarı deyil, Azərbaycan tədbiri deyil, BMT-nin tədbiridir. Ermənistan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Yenə deyirəm, həll yolu yoxdur, biz bunu müzakirə edib anlayacağıq”, - Simonyan bildirib.
Noyabrın 11-dən 22-dək Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 Konfransı keçiriləcək. Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistana COP29-da iştirak üçün dəvət göndərildiyini bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda bəyan edib ki, Ermənistan Bakıda keçiriləcək konfransda iştirakla bağlı hələ qərar verməyib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.