DÇ-da üç medal şansımız var
Dünən Albaniyanın paytaxtı Tiranada 23 yaşlı (U-23) güləşçilər arasında dünya çempionatına start verilib. Yunan-Romacilarin iştirakı ilə start götürən mundialın ilk günü beş təmsilçimiz mübarizəyə qatılıb ki, onlardan da üçünün bu gün medal qazanmaq şansı var. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, dünən yarımfinala qədər irəliləyən güləşçilərimiz - Nihad Quluzadə(60 kq) və Elmin Əliyev (82 kq) birbaşa bürünc medal uğrunda görüşə çıxacaq. Digər təmsilçimiz Fərid Xəlilov (67 kq) isə bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.
Bu gün isə daha 5 təmsilçimiz döşək üzərinə çıxaraq medallar uğrunda mübarizəyə başlayacaq. Bu beşlikdə isə Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Cocu Səmədov (87 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb. Sabah isə zərif cinsdən olan güləşçilər mübarizəyə qatılacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.