Gənc güləşçilərin dunya çempionatı başlayacaq
Oktyabrin 21-də Albaniyanın paytaxtı Tiranada 23 yaşlı güləşçilər (U-23) arasında dünya çempionatına start veriləcək. 7 gün davam edəcək bu mundialda ölkəmiz güləşin hər üç növündə (yunan-Roma, qadın və sərbəst güləş) təmsil olunacaq.
Xəbər verdiyimiz kimi baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərlik etdiyi yunan-Roma güləşi üzrə yığma komandamız dünya çempionatına aşağıdakı heyətlə qatılacaq:
Rəşad Məmmədov (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Fərid Xəlilov (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Elmin Əliyev (82 kq), Cocu Səmədov (87 kq), Murad Əhmədliyev (97 kq) və Sərxan Məmmədov (130 kq).
Böyük məşqçi Toğrul Əsgərov, məşqçi Ağahüseyn Mustafayev və Solmaz Adilovun rəhbərlik etdiyi qızlardan ibarət U-23-un heyətində Elnarə Məmmədova (50 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Gülər Həbibova (59 kq) və Ruzanna Məmmədova (62 kq) cəmləşib.
Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Teymuraz Kokayevin rəhbərlik etdiyi sərbəst güləş üzrə yığma komandanın heyətində isə Vasif Baqirov (57 kq), Ruslan Abdullayev (61 kq), Rəşid Babazadə (65 kq), Maqomed-Bəşair Xaniyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Ali Tskayev (79 kq), Arseniy Cioyev (86 kq), Abdulcəlil Şabanov (92 kq), Aslan Abakarov (97 kq) və Aydın Əhmədov (125 kq) yer alib.
Daha iki həmyerlimiz - Natiq Hacıyev və Bəşir İsazadə isə mundialda ədalət qoruyucuları arasında olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.