Üç boksçumuz AÇ-nin finalında
Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşlı (U-23) boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin iştirak etdiyi Avropa çempionati artıq finişə yaxınlaşıb. Bu gün çempionata həlledici final döyüşləri ilə yekun vurulacaq. Maraqlıdır ki, final döyüşlərindən üçü Azərbaycan boksçularınin iştirakı ilə keçiriləcək. Bu üçlükdə isə Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq) və Murad Allahverdiyev (80 kq) yer alıb.
Xatırladaq ki, Tural finala çıxışda türkiyəli Oruc Sahili (4:1), Nicat serbiyalı Ömər Ametovici (5:0), Murad isə Ahmef Mavrici (Serbiya, 5:0) məğlub edib.
Qaydalara əsasən hər üç finalçımız ən pis halda çempionatın gümüş medalını özünə təmin edib. Qalıb gələcəkləri təqdirdə isə daha yüksək əyarlı medal qazana bilərlər.
Xatırladaq ki, dünən daha bir təmsilçimiz - 50 kq-da çıxış edən Marjona Sarıyeva çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.