Bu gün Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür
Oktyabrın 18-i Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün və ətraf rayonların Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi günüdür.
Azərbaycan və İran sərhəddində Araz çayı üzərindəki körpünün erməni işğalçılarından azad edilməsindən 4 il ötür.
2020-ci il oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı, Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndləri işğalçılardan azad edilib.
Qeyd edək ki, Xudafərin körpüləri 11-13-cü əsrlərə aid nadir memarlıq abidələri, 11-15-ci aşırımlı tikililərdir. Onlar daşdan tikilmiş və iri plitələrlə üzlənmişdilər. Tədqiqatçılar 11 aşırımlı körpünün İlxanilər (Hülaqilər) dövründə qədim körpünün xarabalıqları üzərində tikildiyi qənaətindədirlər. Uzunluğu təqribən 130 metr, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Hal-hazırda körpünün üç orta tonozu qorunub saxlanılmışdır.
15 aşırımlı Xudafərin körpüsü 13-cü əsrə aiddir. Həmdallah Qəzvininin yazdığı kimi, hicri təqvimi ilə on beşinci ildə (Miladi təqvimlə 639-cu il) Məhəmməd peyğəmbərin səhabəsi Bəkr ibn Abdullah tərəfindən tikilmişdir. Körpünün dayaqları təbii bünövrələr üzərində - qayalar üzərində qurulur, buna görə də aralıqlar müxtəlif ölçülərə malikdir. Bişmiş kərpicdən və çay daşlarından tikilmiş körpünün uzunluğu təqribən 200 metr, eni 4,5 metr, çay səviyyəsindən ən böyük hündürlüyü isə 12 metrdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.