Boksçumuz Marjona Savrıyeva gənclər arasında Avropa üçüncüsü olub
Nicat Hüseynov isə finala yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa çempionati artıq finişə yaxınlaşıb. Bu gün çempionatda yarımfinal döyüşlərinə start verilib. Bu mərhələdə 4 təmsilçimiz döyüşmək imkanı əldə edib. Onlardan ikisi artıq yarımfinal döyüşünü də bitirib. 50 kq çəkidə rinqə çıxan qadın təmsilçimiz Marjona Savrıyeva döyüşünü üçüncü pillədə başa vurmaqla bürünc medala layiq görülüb. Bu Azərbaycan yığmasının hazırkı çempionatda ilk medalı olub. Bunun ardından yarımfinal döyüşünə çıxan Nicat Hüseynov (51 kq) isə serbiyalı rəqibi Omer Ametoviçi (5:0) məğlub edərək finala yüksəlib. Bu isə onun ən pis halda gümüş medalı özünə təmin etməsi deməkdir.
Daha iki boksçumuz - Tural Sariyevlə (48 kq) Murad Allahverdiyevsə (80 kq) yarımfinal döyüşünə çıxacaq. Cütlüyümüz qalib gələcəyi halda finala vəsiqə qazanacaq. Əks halda isə bürünc medalla kifayətlənəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.