Mbappe zorlamada iştirakı ilə bağlı yazılara görə böhtan iddiası qaldıracaq
"Real Madrid"in hücumçusu Kilian Mbappenin vəkili bildirib ki, futbolçu zorlamada iştirakı ilə bağlı nəşrlər tərəfindən nüfuzdan düşməsinə icazə verməyəcək, ona görə də böhtan iddiası qaldırmağa qərar verib.
Bundan əvvəl İsveç prokurorları oktyabrın 10-da futbolçunun qaldığı Stokholm otelində baş verdiyi iddia edilən zorlama işi ilə bağlı araşdırmaya başlayıb. “Aftonbladet” və “Expressen” qəzetləri Mbappenin istintaq obyekti olduğunu yazıb, lakin prokuror futbolçunun adını açıqlamayıb. Mbappe özü xəbərin saxta olduğunu bildirib.
“Bunun ona aid ola biləcəyini biləndə heyrətə gəldi. O, məşqə getməyə qərar verdi və ofisimdən hər şeyi olduğu kimi buraxmamağı xahiş etdi”, - vəkil Mari-Aliks Kanu-Bernard bildirib.
Mbappe millinin Millətlər Liqasındakı oyunları zamanı dostları ilə Stokholmda olub. O, zədəsini əsas gətirərək, oktyabrdakı təlim-məşq toplanışına Fransa millisinə getməsə də, buna görə yalnız bir matçı buraxıb və sonra Real Madridə qayıdıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.