Mundiala gedəcək güləş üzrə U-23-ün heyəti müəyyənləşib
21-27 oktyabr günlərində Albaniyanın paytaxtı Tiranada 23 yaşlı güləşçilər (U-23) arasında dünya çempionatı keçiriləcək. 7 gün davam edəcək bu mundialda Azərbaycan güləşin hər üç növündə (yunan-Roma, qadın və sərbəst güləş) təmsil olunacaq. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, artıq mundiala gedəcək komandalarımızın heyəti müəyyənləşib.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərlik etdiyi yunan-Roma güləşi üzrə yığma komandamız dünya çempionatına aşağıdakı heyətlə gedəcək:
Rəşad Məmmədov (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Fərid Xəlilov (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Elmin Əliyev (82 kq), Cocu Səmədov (87 kq), Murad Əhmədliyev (97 kq) və Sərxan Məmmədov (130 kq).
Böyük məşqçi Toğrul Əsgərov, məşqçi Ağahüseyn Mustafayev və Solmaz Adilovun rəhbərlik etdiyi qızlardan ibarət U-23-un heyətində Elnarə Məmmədova (50 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Gülər Həbibova (59 kq) və Ruzanna Məmmədova (62 kq) yer alıb.
Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Teymuraz Kokayevin rəhbərlik etdiyi sərbəst güləş üzrə yığma komandanın heyətində isə Vasif Baqirov (57 kq), Ruslan Abdullayev (61 kq), Rəşid Babazadə (65 kq), Maəomed-Bəşair Xaniyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Ali Tskayev (79 kq), Arseniy Cioyev (86 kq), Abdulcəlil Şabanov (92 kq), Aslan Abakarov (97 kq) və Aydın Əhmədov (125 kq) cəmləşib.
Daha iki həmyerlimiz Natiq Hacıyev və Bəşir İsazadə mundialda hakimlik edəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.