Livanda vəba xəstəliyi qeydə alınıb
Ölkənin cənubundan gələn qaçqın axını fonunda Livanın şimalında vəba xəstəliyi qeydə alınıb, xəstəliyin yayılma riski çox yüksəkdir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-nin Livandakı nümayəndəsi Abdinasir Abubakar bildirib ki, bu yaxınlarda ölkənin şimalında əhalinin peyvənd olunmadığı bir ərazidə vəba xəstəliyi təsdiqlənib.
Ölkənin cənubundan qaçan və bu xəstəliyə qarşı heç bir müdafiəsi olmayan yüz minlərlə insanın gəlməsi ilə yoluxma riski çox yüksəkdir.
Vəba, çirklənmiş qida və ya su orqanizmə daxil olduqda Vibrio cholerae bakteriyasının yaratdığı kəskin ishal infeksiyasıdır. Tarixən Hindistanda vəba geniş yayılmışdı, əsas infeksiya mənbəyi Qanq çayı idi. Xəstəlik 20-ci əsrin əvvəllərində bütün dünyaya yayıldı və bir neçə pandemiyaya səbəb oldu.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.